Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu
6 noyabr 2026
# 11:17

Xankəndi şəhərində 8 Noyabr– Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xidmətin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqını Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbir iştirakçılarına Əməkdar jurnalist Afət Telmanqızının ssenari müəllifliyi ilə çəkilmiş, 44 günlük Vətən müharibəsini, tarixi Qələbəni və Zəfər ruhunu özündə əks etdirən “Zəfər zəngi” filmi nümayiş olunub.

# 108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər