Amerikalı yazıçı Stiven Kinq Aqata Kristini geridə qoyaraq ən çox ekranlaşdırılan yazıçı olub.
Kulis.az xəbər verir ki, Uliyam Şekspirdən sonra ikinci yeri tutan Kinqin əsərləri 55-dən çox filmə, 100-dən artıq televiziya və seriallara uyğunlaşdırılıb.
Qeyd edək ki, onun “Uzun gəzinti” romanı əsasında çəkilən yeni film sentyabrdan etibarən ABŞ və Avropanın bir sıra ölkələrində nümayiş olunacaq.
Stiven Kinq Aqata Kristini geridə qoyaraq rekord qırdı
