Məşhur rok qrupu fəaliyyətini dayandırır?

"Zveri" qrupu

"Zveri" qrupu

9 iyul 2026
# 11:46

Rusiyanın ən populyar rok qruplarından olan "Zveri" hazırkı qastrol turu başa çatdıqdan sonra yaradıcılıq fasiləsi verəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə kollektivin rəsmi "Telegram" kanalında məlumat yayılıb.

Məlumata görə, qrupun fasilədən əvvəlki sonuncu böyük konserti 15 avqustda Moskvanın "Lujniki" stadionunda baş tutacaq.

Qrupun solisti Roma Zver (əsl adı Roman Bılık) ayrılıq ərəfəsində sadiq pərəstişkarlarına emosional müraciət edib:

"Ən sevdiyimiz mahnıları oxuyacağıq və bir-birimizə ən vacib olanı sözlərlə deyil, musiqi ilə deyəcəyik. Bütün bu illər ərzində yanımızda olan hər kəsə təşəkkür edirəm".

20 illik tarix və unudulmaz hitlər

2001-ci ildən fəaliyyət göstərən "Zveri" qrupu bütöv bir nəslin yaddaşında xüsusi iz buraxıb. Kollektiv indiyədək 7 studiya və 5 mini-albom ərsəyə gətirib. Onların repertuarında

Ötən ilin sentyabrında Roma Zver qrupun əsas vizit kartının məhz "Rayonı kvartal" treki olduğunu bildirmişdi. Sənətçinin fikrincə, illər keçdikcə populyarlığını daha da artıran bu mahnı qrupun bütün çıxışlarının əsl simvoluna çevrilib.

Qeyd edək ki, musiqiçi "Zveri" qrupunun tarixinə həsr olunmuş xüsusi bir kitab da nəşr etdirib.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər