"Rock and Roll Hall of Fame" "Şərəf siyahısı"nı açıqladı

"Rock and Roll Hall of Fame" "Şərəf siyahısı"nı açıqladı
14 aprel 2026
# 14:50

ABŞ-da fəaliyyət göstərən nüfuzlu "Rock and Roll Hall of Fame" 2026-cı ilin "Şərəf siyahısı"nı açıqlayıb.

Bu il əsas kateqoriyada Fil Collins, Ayron Meyden, Oasis, Sade, Vu-Tanq Klan və digər məşhur adlar yer alıb. Həmçinin Luther Vandross da ölümündən sonra siyahıya daxil edilənlər arasındadır.

Xüsusi kateqoriyalarda isə Queen Latifa və Fela Kuti kimi sənətçilər “erkən təsir” mükafatına layiq görülüb.

Qurum yalnız rok musiqisi ilə məhdudlaşmayaraq hip-hop, soul və pop kimi müxtəlif janrların nümayəndələrini də qiymətləndirir.

Hər il yeni sənətçilərin daxil edildiyi bu siyahı musiqi tarixində ən böyük nailiyyətlərdən biri sayılır.

Namizədlər ən azı 25 il əvvəl ilk kommersiya işlərini təqdim etmiş olmalı və 1200-dən çox mütəxəssisdən ibarət komissiya tərəfindən seçilir.

Bu il siyahıya daxil edilməyən diqqətçəkən adlar arasında Meray Keri və Şakira kimi məşhurlar da var.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər