Rəssam Emil Əzizdən “Naxış və siluet”

Rəssam Emil Əzizdən “Naxış və siluet”
15 dekabr 2025
# 12:40

Dekabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, sərgidə müəllifin mövzu müxtəlifliyi ilə seçilən 50 əsəri nümayiş olunacaq.

Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı XX-XXI əsrlərin estetik duyumu ilə birləşdirməkdir.

Ənənənin müasirliklə qovuşduğu “Naxış və siluet” sərgisi Qarabağın mədəniyyət xəzinəsinin qorunduğunu, eyni zamanda yenidən interpretasiya edilərək gələcəyə daşındığını göstərəcək.

Qeyd edək ki, sərgi dekabrın 21-dək davam edəcək.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər