Rejissor Kventin Tarantinodan tanınmış aktrisaya sərt reaksiya

Rejissor Kventin Tarantinodan tanınmış aktrisaya sərt reaksiya
11 mart 2026
# 11:20

Rejissor Kventin Tarantino aktrisa Rozanna Arkettin onu irqçilikdə ittiham etməsinə sərt reaksiya verib.

Kulis.az xəbər verir ki, aktrisa müsahibəsində "Pulp Fiction" filmində irqçi təhqir sayılan sözlərin işlədilməsini tənqid etmişdi.

Tarantino isə bu açıqlamaların aktrisanın diqqət qazanmaq cəhdi olduğunu bildirib və bunu özünə qarşı hörmətsizlik adlandırıb.

Rejissor Arketti zövqsüzlükdə və şərəfsizlikdə ittiham edib.

Qeyd edək ki, 1994-cü ildə çəkilən film isə bir sıra nüfuzlu mükafatlar qazanaraq kino tarixinin ən məşhur ekran əsərlərindən birinə çevrilib.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər