"Qara Pantera"nın ulduzu cinsi təcavüzdə ittiham olunur

"Qara Pantera"nın ulduzu cinsi təcavüzdə ittiham olunur
12 iyun 2023
# 18:16

Saksafon ifaçısı Maria Elena Rios Twitter-də aktyor Tenoch Huertanı cinsi təcavüzdə ittiham edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, sənətçinin onu cinsi və emosional zorakılığa məruz qoyduğunu, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib.

İfaçı qeyd edib ki, əvvəlcə bu məlumatı yaymaqdan qorxub:

"Niyə bu barədə tez xəbər vermədim?" Çünki bundan sonra baş verəcəklərdən qorxdum. İnsanlar çox vaxt ilahiləşdirdikləri birinin təcavüzkar və cinsi yırtıcı olduğuna inanmırlar".

Qeyd edək ki, Tenoch Huerta 'Black Panther: Wakanda Forever' filmində Namor rolu ilə tanınır.

# 580 dəfə oxunub

Müəllifin son yazıları

# # #