Opera müğənnisi faciəvi şəkildə vəfat etdi

Opera müğənnisi faciəvi şəkildə vəfat etdi
22 yanvar 2026
# 16:00

İstanbul Dövlət Opera və Baletinin solisti Emrah Erdem Gedik dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, hadisə Bahçelievlerdə baş verib.

13 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılan sənətçi ağır xəsarətlər alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Gediyin cənazəsi müvafiq ekspertiza prosedurlarından sonra ailəsinə təhvil verilib. Hazırda polis hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər