Nizami Cəfərov “Ulduz”lu görüşlər”də

Nizami Cəfərov “Ulduz”lu görüşlər”də
13 iyun 2025
# 17:35

Azərbaycan Atatürk Mərkəzinin zalında keçirilən “Ulduz”lu görüşlər”in növbəti qonağı akademik, Əməkdar elm xadimi Nizami Cəfərov olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Univerisitetinin tələbələrinin iştirak etdiyi tədbiri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs açıb.

Nizami Cəfərov gənc həmkarlarına Azərbaycanda Atatürk Mərkəzinin yaranma tarixindən danışıb, dilçiliyin və türkologiyanın problemlərini təhlil edib.

Sonda akademik tələbələrə öz imzalı kitablarını hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, "Ulduz"lu görüşlər"in növbəti qonağı ədəbiyyatşünas alim Mətanət Vahid olacaq.

# 171 dəfə oxunub

Müəllifin son yazıları

# # #