Qəşəm Nəcəfzadə ilə Biləsuvar, İmişli və Sabirabadda oxucularla görüş keçirildi

Qəşəm Nəcəfzadə ilə Biləsuvar, İmişli və Sabirabadda oxucularla görüş keçirildi
22 may 2026
# 10:30

Biləsuvar, Sabirabad və İmişlidə tanınmış şair Qəşəm Nəcəfzadə ilə silsilə görüşlər keçirilib.

Kulis.az xəbər verir ki, Mübariz İbrahimov adına Təhsil Kompleksində “Sözün İşığı – Qəşəm Nəcəfzadə ilə uşaq dünyasından vətənə uzanmış misralar” adlı göüşün əsas məqsədi gənc nəslin ədəbiyyata marağının artırılması, uşaq ədəbiyyatının mahiyyətinin şagirdlərə daha yaxından çatdırılması və mənəvi dəyərlərin təbliği olub.

Görüşün ana xəttini uşaq ədəbiyyatının incəlikləri, onun böyüməkdə olan nəslin mənəvi dünyasının formalaşmasında oynadığı əvəzsiz rol təşkil edib.

Səmimi və maraqlı söhbəti ilə iştirakçıları sözün sehrli aləminə aparan Qəşəm Nəcəfzadə uşaq qəlbinin saflığından, həmin saflığa toxunmağın ən gözəl yollarından birinin məhz şeir və sənət olduğunu vurğulayıb. O bildirib ki, ədəbiyyat sadəcə kitab səhifələrində qalan sözlər deyil, insanın mənəvi dünyasını zənginləşdirən, vətən sevgisi və insani dəyərləri aşılayan güclü vasitədir.

İmişli rayonunun “Ölcələr” kənd orta məktəbində müəllim və şagiid kollektivi ilə görüş şagirdlərin hazırladığı ədəbi – bədii kompazisiya ilə başlayıb. Müəllif haqqında qısa film nümayiş olunub. Sabirrabadda təşkil olunan görüş isə Mil Muğan regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilib. Rayon gəncləri şairinin şeirlərini əzbər söyləyiblər və şairə müasir ədəbi proses haqqında maraqlı suallar ünvaanlayıblar. Hər üç görüşdə Qəşəm Nəcəfzadə belə görüçlərin həməyitini qeyd edib, çox saylı sualları cavablandırıb, yeni şeirlərini oxuyub və yeni çapdan çıxmış kitablarını hədiyyə edib.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər