Kitab sərgisi

Nəsimi festivalının son günü Bakıda davam edib

Nəsimi festivalının son günü Bakıda davam edib
25 sentyabr 2025
# 16:24

3-cü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı Şamaxıdan sonra yenidən Bakıya dönüb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, festival iştirakçıları orta əsr Аzərbаycаn mеmаrlığının mоnumеntаl dеkоrаtiv sənətinin möhtəşəm nümunəsi sayılan Şirvanşahlar Sarayı Kompleksində Bakuvi məqbərəsinin qarşısına toplaşıb.

İçərişəhərin tarixi abidəsi önündə Nəsiminin “Məst” qəsidəsi əsasında qoyulmuş “Məst-i Dərviş” tamaşası təqdim edilib. Tamaşanın ssenari müəllifi İlqar Fəhmi, rejissoru isə Bəhruz Vaqifoğludur.

Bir saat ərzində İçərişəhərin qədim divarları və küçələri Nəsiminin qəzəllərinə qərq olub.

Qeyd edək ki, həmin qəzəllər Nəsimi yaradıcılığına xas olan insan-Tanrı münasibətləri, insanın Tanrının bir zərrəsi olması, onun həyatda, cəmiyyətdə mövqeyi, bu dünyaya təsadüfi deyil, xüsusi missiya ilə gəlməsi fikrini vurğulayır.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər