Kino forumu başladı

Kino forumu başladı
20 aprel 2023
# 11:20

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumu başlayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, forumda ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edir.

İki gün davam edəcək forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq.

# 1087 dəfə oxunub

Müəllifin son yazıları

# # #