Süni intellekt tərəfindən yaradılmış mahnı ilk dəfə olaraq musiqi sıralamasında lider olub.
Kulis.az xəbər verir ki, süni rəqəmsal musiqiçi “Breaking Rust”un ifa etdiyi "Mənim yolumu get" (“Walk My Walk”) adlı kompozisiya musiqi cədvəl reytinqində birinci yerə yüksəlib.
Mahnı “Spotify” platformasında 3 milyondan çox dinlənilib.
Qeyd edək ki, “Breaking Rust” süni intellekt musiqiçisi kimi bir neçə ay əvvəl musiqilərini “Spotify”da yerləşdirməyə başlayıb. Statistik göstəricilərə görə, onun hər bir mahnısı qısa müddətdə milyonlarla dinlənmə toplayır və bu, ideala yaxın hitin sirrini tapdığını göstərir.