Amerikalı aktyor Liev Şrayber, aktrisa Mayim Bialik və Debra Messinqin də aralarında olduğu 1200-dən çox sənətçi İsrail filmlərinə qarşı elan edilən boykota etiraz ediblər.
Kulis.az xəbər verir ki, onlar imzaladıqları yeni açıq məktubda belə bir çağırışın “incəsənətin özünü silmək” anlamına gəldiyini bildiriblər. Məktub müəllifləri hesab edirlər ki, kino və ümumilikdə sənət siyasət üstü dəyərləri ifadə edir, fərqli mədəniyyətləri birləşdirir.
Bu səbəbdən də, sənətin boykotlarla yox, dialoq və anlaşma ilə inkişaf etməli olduğunu vurğulayıblar.
Qeyd edək ki, son vaxtlar beynəlxalq kino mühitində İsrail filmlərinin festivallarda nümayişinə qarşı müxtəlif çağırışlar səslənir.