Ötən gün xəstəxanaya yerləşdirilən məşhur rusiyalı kinorejissor Qleb Panfilovun vəziyyəti ağır qiymətləndirilir.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rejissora hemorragik beyin infarktı diaqnozu qoyulub. Hazırda vəziyyəti trombositoz və pnevmoniya ilə ağırlaşan xəstənin sağlamlığı üçün həkimlər mübarizə aparır.
Kinorejissor RSFSR xalq artisti, RSFSR Dövlət mükafatı laureatıdır.
- Türkiyə kitab nəşrinə görə İtaliyanı geridə qoydu
- Bakı Kitab Mərkəzində növbəti "Oxu saatı" keçirildi
- Bu nanay müğənni yazıçılara sataşır - ŞƏHRİYARDAN SƏRT ETİRAZ
Qeyd edək ki, Qleb Panfilov "Odda keçid yoxdur", "Vassa", "Ana", "İvan Denisoviç" kimi məşhur filmlərin müəllifidir.