Məşhur pop ulduzunun corabları inanılmaz qiymətə satıldı

Məşhur pop ulduzunun corabları inanılmaz qiymətə satıldı
5 avqust 2025
# 12:22

Mərhum pop ulduzu Maykl Ceksonun 1990-cı illərdə Fransada verdiyi konsertlərdən birində geyindiyi corab çərşənbə günü keçirilən hərracda 8000 dollardan baha qiymətə satılıb.

Kulis.az xəbər verir ki, hərrac rəhbəri Auror İllinin dediyinə görə, corab Ceksonun 1997-ci ildə HIStory dünya turu zamanı Nim şəhərindəki konsertindən sonra kulisin texniki işçisi tərəfindən tapılıb.

O, dünya şöhrətli mahnısı olan "Billie Jean"ı ifa edərkən səhnədə də bu corabları geyinmişdi.

Qeyd edək ki, sənətçinin sözügedən şoudan bir müddət əvvəl geyindiyi papaq 2023-cü ildə Parisdə 80.000 dollardan çox qiymətə satılıb.

# 161 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər