Məşhur müğənni xərçəngdən əziyyət çəkir

Məşhur müğənni xərçəngdən əziyyət çəkir
30 dekabr 2025
# 13:00

Məşhur türk müğənni Cansever xərçəngdən əziyyət çəkir.

Kulis.az xəbər verir ki, leykemiya müalicəsi aldığını açıqlayan ifaçı xəstəxana otağından pərəstişkarlarına video çəkib.

Bir müddətdir kimyaterapiya alan sənətçi qəbul etdiyi güclü dərmanlar səbəbindən çətinlik çəkdiyini və bu dərmanların daim yuxululuğa səbəb olduğunu söyləyib.

Cansever pərəstişkarlarına dualarına görə təşəkkür edib:

"Hər kəsə ayrı-ayrılıqda cavab verə bilmərəm. Buna görə də bu videonu çəkmək istədim. Allah hamınızı həyatımda saxlasın. Mətbuatda eşitdiyiniz kimi, mənə leykemiya diaqnozu qoyulub. Buna görə də bu paylaşımı etmək istəyirəm. Çünki çox insan zəng edir və yazır. Hər kəsə cavab verə bilmirəm. Amma hər şey yaxşı olacaq. Almaniyadayam, həkimlərim çox yaxşıdır. Cümə günü kimyaterapiyaya başlayacağam. İnşallah, Allahın adı və dualarınızla... İnşallah, hər şey yaxşı olacaq. Hamınızı çox sevirəm, dualarınızı gözləyirəm".

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər