Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
15 sentyabr 2026
# 16:00

Fransa rok musiqisinin məşhur cütlüyü "Rita Mitsouko" qrupunun solisti Katrin Rinqer 68 yaşında ani inkişaf edən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, sənətçinin ölum xəbərini övladları açıqlayıblar.

1979-cu ildə Fred Şişen ilə birlikdə qurduğu "Rita Mitsouko" qrupu ilə "Marcia Baila", "Andy" və "C’est comme ça" kimi məşhur hitlərə imza atan Rinqer, fərqli tərzi və enerjisi ilə fransız musiqisində silinməz iz qoyub.

Qrup yoldaşının 2007-ci ildəki ölümündən sonra da solo karyerasına və səhnə fəaliyyətinə davam edən sənətçi son olaraq keçən fevralda Parisdə konsert vermişdi.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər