Rusiyalı aktyor, rejissor və ssenarist Andrey Xoroşev 66 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, sənətkarın ölüm səbəbi açıqlanmayıb.
29 iyun 1959-cu ildə Moskva vilayətinin Naxabino qəsəbəsində anadan olan Xoroşev “Doktor Jivaqo”, “Boyets” və “Admiral” kimi məşhur filmlərdəki rolları ilə geniş tanınıb.
Aktyorun filmoqrafiyasında ondan çox kino işi yer alır.
Qeyd edək ki, o, tamaşaçıların yaddaşında həm də “Andrey İ.” yaradıcılıq təxəllüsü ilə qalıb.