Məşhur aktyorun halı pisləşdi – Səbəb

Məşhur aktyorun halı pisləşdi – Səbəb
10 avqust 2026
# 12:50

"Highlander" filmi ilə məşhurlaşan 69 yaşlı aktyor Kristofer Lambert ABŞ-də keçirilən imza günündə pərəstişkarlarının gözü qarşısında qəfildən halı pisləşərək yerə yıxılıb.

Kulis.az xəbər verir ki, Pensilvaniya ştatında təşkil olunan tədbirdə baş verən hadisədən sonra ustad aktyor təcili tibbi yardım maşını ilə ərazidən uzaqlaşdırılıb.

Sənətçinin nümayəndəsi onun səhhəti ilə bağlı bəyanat yayaraq azyuxulu olması və gün ərzində qida qəbul etməməsi səbəbindən qanında şəkərin düşdüyünü və buna görə bayıldığını bildirib.

Nümayəndə Lambertin hazırda özünü yaxşı hiss etdiyini və otel otağında dincəldiyini qeyd edib.

Ölməz döyüşçü Konnor Makleod obrazı ilə yaddaşlara həkk olunan aktyor, həmçinin "Tarzan" və "Mortal Kombat" filmlərindəki rolları ilə də tanınır.

# 61 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər