Məşhur aktyor bank yararkən tutuldu

Məşhur aktyor bank yararkən tutuldu
2 mart 2022
# 12:48

“İstintaqın sirləri” və “Sınıq işıqların küçələri” serialları ilə tanınan rusiyalı aktyor Andrey Bozhanov Sankt-Peterburqda bank ofisini soymağa cəhd edib.

Kulis.az xəbər verir ki, müşahidə kameraları aktyorun kassirə silahla hədə-qorxu gələrə ondan pul tələb etməsini qeydə alıb. Lakin Andrey buna müvəffəq ola bilmədən oradan qaçıb. O, hadisədən bir neçə saat sonra saxlanılıb və barəsində cinayət işi açılıb.

Andreyin üzərində aparılan axtarış zamanı polis travmatik tapança aşkar edib. Onu 8 ilə qədər həbsi gözlənilir.

Lent.az

# 3584 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #