"Oskar"lı aktrisanın qorxu filmi kassa reytinqinə başçılıq edir

"Oskar"lı aktrisanın qorxu filmi  kassa reytinqinə başçılıq edir
12 oktyabr 2026
# 14:30

"Oskar" mükafatlı aktrisa Cessika Çesteynin baş rolda çəkildiyi "Other Mommy" ("O biri ana") qorxu filmi 27,5 milyon dollarlıq açılış gəliri ilə Şimali Amerika kassa reytinqinə başçılıq edir.

Kulis.az xəbər verir ki, "Universal" və "Blumhouse" istehsalı olan ekran işində Çesteyn uşağın anasının cildinə girərək onu təqib edən mənfi qüvvəni canlandırır.

Digər kassa göstəriciləri və həftənin nəticələri:

"Verity" ("Veriti") — Baş rollarında Enn Heteuey və Dakota Consonun yer aldığı psixoloji triller 11,5 milyon dollarla ikinci pilləyə geriləyib.

"Resident Evil" ("Şər yuvası") — 8,4 milyon dollarla üçüncülüyü qoruyub; filmin Şimali Amerikada ümumi gəliri 138,5 milyon dollara çatıb.

"Heart of the Beast" ("Vəhşinin ürəyi") — Bred Pittin keçmiş əsgər rolunu canlandırdığı filmi 7,1 milyon dollarla dördüncü sırada debüt edib.

"The Social Reckoning" ("Sosial hesablaşma") — Aaron Sorkinin rejissorluğu ilə "The Social Network" ("Sosial şəbəkə") filminin davamı kimi çəkilən və Mayki Medison, Ceremi Allen Uayt ilə Ceremi Stronqun rol aldığı ekran işi gözləntiləri doğrultmayaraq 5,5 milyon dollarla beşinci sırada qərarlaşıb.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər