Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı
6 aprel 2026
# 14:30

Macarıstanın paytaxtı Budapeştdə dünya şöhrətli rəssam Vinsent van Qoqa aid olduğu ehtimal edilən yeni bir rəsm əsəri tapılıb.

"Qazeta.ru" xəbər verir ki, sənətşünas Jofiya Veqvarinin məlumatına görə, söhbət rəssamın məşhur "Arlda rəqs zalı" əsərinin fərqli bir versiyasından gedir.

Aparılan laboratoriya analizləri boya və kətanın 1885-1890-cı illərə aid olduğunu sübut edərək əsərin həqiqiliyini dəstəkləyir.

Mütəxəssislər Van Qoqun eyni mövzuda bir neçə nüsxə çəkmək vərdişinin olduğunu və bu barədə qardaşı Teoya yazdığını xatırladırlar.

Hazırda dəqiq rəy üçün tədqiqatlar davam etdirilsə də, bu tapıntı XXI əsrin ən böyük sənət kəşflərindən biri hesab olunur.

Hazırda əsərin orijinal variantı Parisdə, Orse muzeyində nümayiş etdirilir.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər