Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq
10 sentyabr 2026
# 17:30

Məşhur aktyor Kianu Rivs Oliver Louvun "Kill Current: A Jon Hendricks Thriller" romanı əsasında çəkiləcək yeni layihəsində baş rolu ifa edəcək.

Kulis.az xəbər verir ki, əsərin ekranlaşdırma hüquqlarını müstəqil "The Arena" studiyası əldə edib.

Layihə eyni zamanda Kianu Rivsin həyat yoldaşı Aleksandra Qrant ilə birgə qurduğu "Two Dragonflies" prodüser şirkətinin ilk filmi olacaq.

Süjet xəttinə əsasən, film keçmiş “CİA” agenti Con Hendriksin öldürülən tələbəsinin qisasını almaq üçün yenidən səhnəyə qayıtmasından, texnoloji müharibələrdən və qlobal təqiblərdən bəhs edir.

Əsərin əsasını təşkil edən romanın 2027-ci ilin mayında nəşri planlaşdırılır.

Böyük bir franşizaya çevrilməsi nəzərdə tutulan layihənin çəkilişləri Rivsin "John Wick" kainatındakı digər işləri ilə parallel şəkildə davam edəcək.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər