İnsanlıq tarixinin ən qədim hannibalizm faktı aşkarlandı

İnsanlıq tarixinin ən qədim hannibalizm faktı   aşkarlandı
5 avqust 2025
# 11:10

İspaniyada 850 min il əvvəl uşaq hannibalizmin qurbanı olub.

Kulis.az xəbər verir ki, İspaniyanın Atapuerka bölgəsində yerləşən Qran Dolina mağarasında aparılan arxeoloji qazıntılar zamanı 850 min il əvvələ aid olan "Homo antecessor" adlı qədim insan növünə məxsus bir uşağın qalıqları aşkar edilib.

Tədqiqatçılar uşağın başının kəsildiyini və ətinin yeyildiyini göstərən izlər tapdıqlarını bildirirlər.

Boyun sümüyündəki kəsiklər və diş izləri, uşağın digər ov heyvanları kimi parçalanaraq yeyildiyini sübut edir.

Bu, indiyə qədər Avropada aşkarlanmış ən qədim hannibalizm nümunələrindən biri hesab olunur.

Qeyd edək ki, qazıntılarda eyni dövrə aid 10 digər fərdin də qalıqları tapılıb və bu tapıntılar, qədim insanların zaman-zaman həmçinin öz növlərini qida mənbəyi kimi istifadə etdiyini göstərir.

# 239 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər