Honq Konqda Ronaldo muzeyi açıldı

Honq Konqda Ronaldo muzeyi  açıldı
9 iyul 2025
# 10:57

Asiyanın ilk Kriştiano Ronaldo muzeyi Honq Konqda qapılarını ziyarətçilərin üzünə açdı.

Kulis.az xəbər verir ki, “CR7 Life” Muzeyi portuqaliyalı ulduzun Madeyra adasındakı uşaqlığından başlayaraq Səudiyyə Ərəbistanında “Al-Nassr” klubundakı karyerasına qədər olan yolunu əks etdirir.

Muzeydə futbolçunun keçmişini əks etdirən ən son texnologiyalı interaktiv sərgilər və Kriştiano Ronaldoya verilmiş Qızıl Top mükafatları nümayiş olunur.

Bundan əlavə, portuqaliyalı ulduzun uzun futbol karyerası boyunca geyindiyi imzalı formalar və butslar da sərgidə yer alır.

Qeyd edək ki, ziyarətçilər həmçinin futbol əfsanəsinin bir neçə real ölçülü heykəlini də görə bilərlər.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

# # #