Günel Eminlinin "Kimya gündəliyi" kitabı çap edildi

Günel Eminlinin "Kimya gündəliyi"  kitabı çap edildi
2 may 2025
# 13:25

Mərhum yazıçı, şair Günel Eminlinin "Kimya gündəliyi" əsəri işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda müəllifin qeydləri və qələm dostlarının onun barəsində xatirələri yer alıb.

Mərhum yazıçı Günel Eminli xərçəng xəstəliyindən əziyyət çəkirdi. Kitabda da onun kimya terapiyası aldığı dövrdə yazdığı qeydlər toplanıb. Əsər geniş oxuculara ilk dəfə təqdim olunur.

Kitabın satışdan əldə olunan vəsait bu xəstəlikdən əziyyət çəkən körpənin müalicəsi üçün ianə olunacaq.

Kitabın illüstrasiyaları məhrum yazıçının övladları - qızı Nilaya və oğlu İsmayıla məxsusdur.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən G.Eminli doğum günündə - 9 iyun 2023-cü ildə müalicə üçün getdiyi İstanbul şəhərində dünyasını dəyişib.

# 154 dəfə oxunub

Müəllifin son yazıları

# # #