“Gilqamış" operası nümayiş etdiriləcək

“Gilqamış"  operası nümayiş etdiriləcək
4 noyabr 2025
# 12:55

Ahmet Adnan Sayqunun “Gilqamış" operası 6, 8 və 15 noyabr tarixlərində İstanbul Atatürk Mədəniyyət Mərkəzində tamaşaçılara təqdim olunacaq.

Kulis.az xəbər verir ki, İstanbul Dövlət Opera və Balet Teatrının səhnələşdirdiyi bu əsər Şərq və Qərb musiqi ənənələrini birləşdirərək görkəmli vizual və musiqi təcrübəsi bəxş edir.

Operada azadlıq, sevgi və ilahi eşq kimi mövzulara təsəvvüfi baxış bucağından yanaşılır.

Qeyd edək ki, səhnə quruluşunda müasir texnologiyalar və teatr sənətinin yenilikləri bir araya gətirilib.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər