Elmi-fantastik serial “Netflix” siyahısında

Elmi-fantastik serial “Netflix” siyahısında
22 avqust 2026
# 12:30

“SyFy” kanalında nümayiş olunduqdan sonra “Netflix” siyahısına daxil olan “Revival” adlı elmi-fantastik və qorxu janrlarındakı serial avqustun 24-də bütün epizodları ilə izləyicilərə təqdim olunacaq.

Kulis.az xəbər verir ki, müxtəlif platformalarda ləğv edilən və ya köhnə ekran işlərini öz bazasına daxil edərək yenidən populyarlaşdıran “Netflix” "Rotten Tomatoes"da tənqidçilərdən 90% müsbət rəy alan bu layihə ilə uğurlu strategiyasını davam etdirir.

Serialın süjet xəttinə əsasən, Viskonsin ştatının kənd ərazisində gözlənilmədən baş verən möcüzəvi bir gündə vəfat etmiş insanlar zombi kimi deyil, tamamilə əvvəlki görkəmlərində və davranışlarında həyata qayıdırlar.

Baş verən sirli hadisələr fonunda tək polis zabiti olan Dana Kipress öldürülən şəxsin yenidən dirildiyi və hər kəsin şübhəli sayıldığı naməlum cinayət işini araşdırmağa məcbur olur.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər