Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı
14 iyul 2026
# 16:00

Amsterdamda yəhudi sənət dileri Jak Qudstikkerin kolleksiyasından nasistlər tərəfindən oğurlanmış daha bir rəsm əsəri aşkar edilib.

Kulis.az xəbər verir ki, bu barədə "NLTimes" nəşri məlumat yayıb.

Amsterdam sakini Robert van der Huk rəsm əsərini bir səhər şəhərdə gedərkən təsadüfən gördüyünü bildirib:

"Əsər zibil qalağının içində idi — şəhər təmizlik xidmətinin onu aparacağı bəlli idi. Onu sadəcə atmağın düzgün olmadığını düşündüyüm üçün götürdüm və zirzəmiyə qoydum. Əsər illərlə orada qaldı" .

Tarixi cinayətin izi ilə: Zirzəmidəki xəzinə

Van der Huk bu tapıntını mediada sənət detektivi Artur Brandın Tun Kelderə məxsus "Gənc qızın portreti" əsərini tapması barədə xəbəri oxuduqdan sonra xatırlayıb.

Qeyd edək ki, həmin əsər onilliklər boyu hollandiyalı SS komandiri Hendrik Seyffardtın varislərinin evində asılı qalmışdı.

Xəbəri gördükdən sonra o, dərhal Brandla əlaqə saxlayıb. Ekspert zirzəmidən tapılan tablonun həqiqətən də vaxtilə oğurlanmış həmin məşhur kolleksiyanın bir hissəsi olduğunu təsdiqləyib.

Bu, Jak Qudstikkerin toplusundan tapılan sayca üçüncü rəsm əsəridir. Tablo Amsterdamdakı "Yeni kilsə"nin interyerini təsvir edən diptixdir. Onun müəllifinin rəssam Hendrik van der Burq olduğu ehtimal edilir.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər