Ekranlara yeni "Janna Dark" gəlir

Ekranlara yeni "Janna Dark"  gəlir
15 avqust 2025
# 15:40

“The Queen’s Gambit” serialında gənc Bet Harmon obrazı ilə tanınan 18 yaşlı aktrisa İsla Conston, Baz Lurmanın hazırladığı “Jehanne d’Arc” ("Janna Dark") filminin baş rolu üçün danışıqlara davam edir.

Kulis.az xəbər verir ki, Lurman və dramaturq Ava Pikkettin birgə yazdığı ssenari əsasında çəkiləcək film tarixi qəhrəmanın yeniyetməlik illərindən başlayaraq yüzillik müharibədəki liderlik hekayəsini ekrana daşıyacaq.

Qeyd edək ki, layihə hələ başlanğıc mərhələdədir. Çəkiliş və premyera tarixi hələ açıqlanmayıb.

# 160 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər