“Əjdahanın evi” filminin treyleri yayımlandı

“Əjdahanın evi” filminin treyleri yayımlandı
21 iyul 2022
# 17:40

Amerika yazıçısı Corc R.R.Martinin əsərlərinin motivləri əsasında olan “Əjdahanın evi” filminin rəsmi tizer-treyleri yayımlanıb.

Kulis.az xarici KİV-ə istinadla xəbər verir ki, “Əjdahanın evi” filminin premyerası 2022-ci il avqustun sonuna planlaşdırılır.

Qeyd edək ki, film əjdahaların yaranma səbəbləri və başlanğıcı, həmçinin atalarının ölümündən sonra taxt uğrunda mübarizə aparan qardaş və bacı Eyqon II ilə Reyniroy Tarqarien arasındakı vətəndaş müharibəsindən bəhs edir. Bu müharibədə Vesterosun böyük igamətgahları, həmçinin Lannisterlər, eləcə də Starklar iştirak edəcək və nəticədə bu, Tarqarien evinin ən nəhəng əjdahalarının ölümünə səbəb olacaq.

Əsas rolları Peddi Konsidayn, Oliviya Kuk, Emma D'Arci, Mett Smit, Stiv Tussen, İv Best, Riz Ayfens, Sonoya Midzuno, Fabien Frankel canlandırırlar.

# 1213 dəfə oxunub

Müəllifin son yazıları

# # #