"Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşdı

"Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşdı
24 avqust 2026
# 10:20

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişləri yekunlaşıb.

ARKA-dan kulis.az-a bildirilib ki, dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illiyinə həsr olunub.

Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir. Filmin çəkilişi “Azərbaycanfilm” Kinostudiyası ilə yanaşı, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilib. Hazırda film postprodakşn mərhələsindədir.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər