Dünyanın ən varlı məşhurları - Siyahı

Dünyanın ən varlı məşhurları - Siyahı
4 aprel 2024
# 11:00

ABŞ-nin “Forbes” jurnalı məşhur milyarderlərin siyahısını yeniləyib.

Kulis.az xəbər verir ki, son zamanlar dünya turu, sevgilisi Travis Kelce, qastrol filmi və qırdığı rekordlarla gündəmə gələn Qremmi mükafatlı müğənni Teylor Svift dünyanın ən varlı məşhurlarından birinə çevrilib. Müğənni ilk dəfə “Forbes”in siyahısına düşüb.

Ən varlı məşhurlar siyahısındakı ilk 10 nəfərdən 8-i amerikalıdır.

Dünyanın ən böyük lüks məhsullar şirkəti olan LVMH-nin sədri Bernard Arno 233 milyard dollarla birinci yerdədir.

İkinci yerdə 195 milyard dollarla Tesla və X-in sahibi İlon Maskdır.

Üçüncü yerdə “Amazon”un sahibi Ceff Bezos, dördüncü yerdə “Meta”nın yaradıcısı Mark Zukerberq qərarlaşıb.

Forbes 2024-cü ilin milyarderlər siyahısında 2781 nəfərin olduğunu açıqlayıb .

Bu göstərici ötən illə müqayisədə 141 dəfə çoxdur.

# 538 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #