Çinin Quycou əyalətində inşa edilmiş dünyanın ən hündür körpüsü sentyabrın 28-də istifadəyə veriləcək.
Kulis.az xəbər verir ki, Beypan çayının üzərində, Huacin Böyük kanyonunda tikilən körpü çaydan 625 metr yüksəklikdə yerləşir. Bu, Eyfel qülləsinin hündürlüyündən 2 dəfə çoxdur.
Ümumi uzunluğu 2 min 890 metr, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür.
Qeyd edək ki, hazırda istifadədə olan ən hündür körpü də Çində, Quycou əyalətində Beypan çayının üzərində yerləşən, Ginnesin Rekordlar Kitabına düşən, 565.4 metr hündürlükdəki “Beypancian” körpüsüdür.