Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.
Kulis.az xəbər verir ki, konsert görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq.
Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq “Xəyyam Mirzəzadə-90” adlı konsertdə bəstəkarın müxtəlif illərdə yazdığı “Monoloq”, “Ohne”, “Pianto” və “Memory” əsərləri səsləndiriləcək.
Konsertin solistləri Aynur Əhədova (violin), Humay Qasımzadə (piano) və Fəridə Məmmədova (soprano) olacaq.
Konsertə giriş sərbəstdir.