"Radiohead" qrupunun solisti Tom York İsraildə konsert verməyəcəyini bildirib.
Kulis.az xəbər verir ki, 2017-ci ildə Tel-Əvivdə konsert verən York bu sözləri "Sunday Times"a açıqlamasında deyib:
"Xeyr, qətiyyən. Netanyahu rejiminin 5 min mil yaxınında olmaq istəmirəm".

Hollywood ulduzları birləşdi
Ötən ay Oliviya Kolman, Mark Ruffalo, Tilda Suinton, Xavier Bardem, Syuzan Sarandon, Xoakin Feniks, Runi Mara və digər məşhurlar israilli kino şirkətləri ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayan birgə bəyanata imza atıblar.

Bəyanatda qeyd olunub:
"Fələstin xalqına qarşı soyqırım və ayrı-seçkilik siyasətində iştirak edən israilli kino şirkətləri ilə işləməyəcəyik və onların tədbirlərində iştirak etməyəcəyik".
Fələstinə açıq dəstək
Yəhudi əsilli aktrisa Hanna Eynbinder çıxışında deyib:
"Bir yəhudi olaraq yəhudilərin İsrail dövlətindən ayrı olduğunu bildirmək mənim borcumdur".

Dünyaşöhrətli müğənni Dua Lipa və Fələstin əsilli model Bella Hadid də Fələstinə dəstək açıqlamaları veriblər. Aktyor Mark Ruffalo isə Qəzzada baş verənlər barədə "bu, insanlığa qarşı cinayətdir" deyib.

400-dən çox musiqiçinin etirazı
"Massive Attack", "Primal Scream", "Japanese Breakfast", Karol Kinq, Rina Savayama və Mo kimi 400-dən çox sənətçi İsraildəki rəqəmsal platformalardan əsərlərini geri çəkərək "Soyqırıma musiqi yox" kampaniyasına qoşulublar.