“Batman” davam filmindən yenilik – Hava şəraiti ilə bağlı

“Batman” davam filmindən yenilik – Hava şəraiti ilə bağlı
5 avqust 2026
# 12:40

Matt Rivsin rejissoru olduğu "The Batman - Part II" filminin çəkilişlərində qarlı və şaxtalı havanın hakim olacağı dəqiqləşib.

Kulis.az xəbər verir ki, Filmdən paylaşılan sınaq kadrlarında “Qara Cəngavər”in qarlı fonda təsvir olunması ekran işində qış atmosferinin əsas xətt olacağını təsdiqləyib.

Bu addım ilk filmdəki fasiləsiz yağış və su stilistikasından fərqli bir vizual konsepsiya yaradacaq.

Kinomatoqrafiyada tam olaraq qarlı şəraitdə cərəyan edən sonuncu “Batman” filmi Tim Börtonun 1992-ci ildə ekranlaşdırdığı "Batman Returns" işi olmuşdu.

Robert Pattinsonun yenidən başrolda çıxış edəcəyi davam filminin nümayiş tarixi 1 oktyabr 2027-ci ildən 18 fevral 2028-ci ilə ertələnib.

Qeyd edək ki, ekran işində Castin Sten, Viktoria Zsasz, Brayan Tayri Henri kimi aktyorlar rol alır.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər