Bred Pittdən aktyorlara dəstək

Bred Pittdən aktyorlara dəstək
31 iyul 2023
# 15:49

Aktyor Bred Pitt Hollivud aktyorlarının tətilinə dəstək olmaq üçün "Apogee" filminin çəkilişlərini dayandırıb.

Kulis.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Ulduz prosesin başlamasına baxmayaraq, prodüserləri planlaşdırılan çəkilişləri iki ay təxirə salmağa çağırıb.

"Apogee" yarış avtomobili sürücüsü Sonni Hayesin hekayəsindən bəhs edir. Hekayədə veteran yarış sürücüsü 30 ildən sonra "Apex" komandasından olan gənc istedadın mentoru kimi idmana qayıdır.

Filmin rejissoru Cozef Kosinskidir.

# 486 dəfə oxunub

Müəllifin son yazıları

# # #