Azərbaycan Milli Konservatoriyasında və Bakı Musiqi Akademiyasında Milli Musiqi Günü münasibətilə tədbir və konsert keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, nazirliyin əməkdaşları, mədəni-ictimai xadimlər iştirak ediblər.
Çıxışçılar dahi bəstəkar Üzeyir Hacıbəylinin bənzərsiz musiqi irsindən söz açaraq onun Azərbaycan milli musiqisinə töhfələrini qeyd ediblər.
Qeyd edək ki, çıxışların ardınca bəstəkarın əsərlərindən kiçik musiqi kompozisiyaları təqdim olunub.