Azərbaycanlı yazıçı Şamxal Həsənov bu il Fransada nəşr edilmiş əsəri nüfuzlu roman mükafatlarından olan "Prix européen roman d'amour" (Avropa Sevgi Romanı Mükafatı) müsabiqəsinin qısa siyahısına düşüb.
Kulis.az xəbər verir ki, Avropa Şurasına daxil olan ölkələrdən (46) müsabiqəyə qatılan onlarla əsər arasından qısa siyahıya düşmüş yeddi roman arasında "Səs və ya Qırmızı" romanı da var.
Qısa siyahıda İrlandiya, İspaniya, Fransa, İtaliya, İsveçrə, Ukrayna kimi ölkələrlə yanaşı Azərbaycan da var. Azərbaycan ədəbiyyatını yazıçı Şamxal Həsənovun "Səs və ya Qırmızı" romanı təmsil edir.
- Kolizeydə ilk lift açıldı
- Məşhur kanadalı rejissor kariyerasını bitirir
- Özünü bir avtobus uşağa qurban verən şair
Xatırladaq ki, roman üç il əvvəl Qanun nəşriyyatında Azərbaycan dilində çap olunub.