Azərbaycanlı rejissorun filmi birinci oldu

Azərbaycanlı rejissorun filmi birinci oldu
1 noyabr 2025
# 11:50

31 oktyabrda III Sinemo Beynəlxalq Mobil Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasim Nizami Kino Mərkəzində baş tutub.

Festivalın əsas mükafatı olan “Ən yaxşı bədii film” təltifinə rejissor Fərid Kərimin "Yer kürəsinin sakinləri" ("The Earth’s Inmates") bədii filmi layiq görülüb.

Qeyd edək ki, təsisçisi Ruslan Sabirli olan festivalın Yerli münsiflər heyətində kinorejissor Məzahir Həşimov, ssenarist Elvin Paşa, kinorejissor Amil Amal yer alıb.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər