"Almaz" pyesi əsasında serial çəkilir

"Almaz" pyesi əsasında serial çəkilir
22 avqust 2023
# 18:42

Cəfər Cabbarlının "Almaz" pyesi əsasında serial çəkilir.

Kulis.az xəbər verir ki, "Vətəndaş A" adlanan serial Daşkəsən rayonunun Bayan kəndində çəkilir.

Ictimai Televiziyada yayımlanacaq serialın quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Asiman Ağa Rövşəndir.

Ekran işində Almaz obrazını Günəş Tegin, Hacı Əhməd obrazını isə Əməkdar artist Qurban İsmayılov canlandıracaq.

Xatırladaq ki, əsərə ilk dəfə 1936-cı ildə müraciət olunub. Eyniadlı filmin rejissorları Ağarza Quliyev və Qriqori Braginskidir.

# 699 dəfə oxunub

Müəllifin son yazıları

# # #