ABBA qrupunun üzvü vəfat etdi

ABBA qrupunun üzvü vəfat etdi
10 aprel 2023
# 15:37

Məşhur isveçli gitaraçı, bəstəkar, müğənni və prodüser, ABBA qrupunun uzun müddətdir üzvü olan Lars-Uwe "Lasse" Wellander 70 yaşında vəfat edib.

Kulis.az Metro portalının musiqiçinin ailəsinə istinadən verdiyi məlumata görə xəbər verir ki, Velander bu yaxınlarda çox tez yayılan onkoloji xəstəliyə tutulub.

"Wellander yaxınlarının əhatəsində dünyasını dəyişdi", - deyə bəyanatda deyilir.

Xatırladaq ki, Wellander 1974-cü ildə ABBA ilə işləməyə başlayıb.

O, 24 mahnı və səkkiz albomun yazılmasında iştirak edib. Son Voyager albomu 2021-ci ildə qeydə alınıb.

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

# # #