Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov Türkiyənin İstanbul şəhərindən onlayn konsert verib.
Konsert proqramı COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük” kampaniyasına dəstək məqsədilə keçirilib.
Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi fondun rəsmi “facebook” hesabından yayımlanıb.
- ƏSA teatrı ABŞ-ın nüfuzlu mükafatına layiq görülüb
- İsi Məlikzadə yaradıcılığı Türkiyə portallarında
- Kulis ilin yazıçılarını seçdi – Siyahı
Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər. /azertag.az/