“Müharibə bir tərəfdən labüddür, çünki başqa cür mümkün deyil.”
Kulis.az xəbər verir ki, bu sözləri İsraildə yaşayan dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Hüseynov Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasaında bildirib:
“Dünyaya sözüm yoxdur. Qələmim nə ölümə çağırır, nə ölməyə. Müharibə görək nə ilə nəticələnəcək. Müharibə bir tərəfdən labüddür, çünki başqa cür mümkün deyil. Müharibənin özü XXI əsrdə qan tökmək deməkdir. Ədalətli, ədalətsiz, fərqi yoxdur”.
- Anası sürgündə vəfat edən rəssam
- Anasının ölümünə görə mükafatını ala bilmədi
- Qüdsdə nadir tapıntı: 2600 illik...
O daha sonra deyib ki, azərbaycanlı olaraq, bir kəlmə ilə bu günü belə ifadə edərdi:
“Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm. Bu cümləm düşünürəm ki, hər şeyi ifadə edir. Yenə də təkrar edirəm, mən Vətənim Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm və etməyəcəm də”.