Beyonsdan yeni rekord - 28-ci dəfə

Beyonsdan yeni rekord - 28-ci dəfə
15 mart 2021
# 10:05

Amerikalı ulduz Beyons qadınlar arasında "Qremmi" mükafatı üzrə yeni rekor müəyyənləşdirib.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, Beyonsun artıq 28 Qremmi mükafatı var. O, bu göstərici ilə 27 "Qremmi" mükafatı olan müğənni Elison Krausu geridə qoymağı bacarıb.

Qeyd edək ki, kişilər arasında ən çox "Qremmi" mükafatı almış şəxs isə dirijor Qeorq Şoltidir. O, bu mükafatı 31 dəfə layiq görülüb.

# 1944 dəfə oxunub

Müəllifin son yazıları

# # #