Bu yaxınlarda “Bir ocaq başında. Aran ədəbi toplusu” işıq üzü görüb.
AYB-dən Kulis.az-a verilən məlumata görə, topluya Səyyad Aran, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Nisəbəyim, Səxavət Talıblı, Dayandur Sevgin, Şəhriyar Del Gerani, Səxavət Tağlar, Valeh Bahaduroğlu, Allahşükür Ağa, Şöhrət Qaraoğlu və Nübarın əsərlərindən ibarət seçmələr yer alıb.
Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə işıq üzü görən toplunun tərtibçisi və ön sözün müəllifi Sərvaz Hüseynoğlu, redaktoru Gülayə, məsləhətçiləri Vilayət Muradlı, Səxavət Tağlar və Valeh Bahaduroğludur.
- Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər
- Viktoriya və Albert Muzeyi Azərbaycan bayrağı rəngləri ilə bəzədildi
- Sezen Aksunun yeni albomunun ilk mahnısı yayıldı - VİDEO