Azərbaycan Dövlət Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum olub.
Kulis.az APA-ya istinadən xəbər verir ki, teatrın sabiq direktoru, əməkdar artist Elman Rəfiyevin öz ərizəsi ilə işdən çıxması barədə məlumat yeni üzə çıxsa da, onun işdən azad olunması ilə bağlı əmr bu il fevralın 6-da imzalanıb.
Belə ki, elə həmin ay mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə teatra Yarməmməd Qurbanov təyin olunub.
Qeyd edək ki, faktı Mədəniyyət Nazirliyi təsdiqləyib.