Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”
22 oktyabr 2026
# 12:40

Hollivudun ən nüfuzlu aktrisalarından biri son illərin ən çox müzakirə olunan musiqili filmlərindən birini sərt tənqid edib.

Kulis.az xəbər verir ki, britaniyalı aktrisa Cudi Denç 2019-cu ildə ekranlaşdırılan “Cats” filmini “etimadın və istedadın israfı” adlandırıb.

Aktrisa layihəyə başlanğıcdan rahat yanaşmadığını, kostyumlar və rəqqasların iş şəraiti ilə bağlı narahatlıqlar yaşadığını bildirib. Denç filmin yekun versiyasına baxmadığını da deyib.

Bununla belə, çəkilişlər zamanı Teylor Svift və Ceyson Derulo ilə tanış olmaqdan məmnun qaldığını vurğulayıb. Endryu Lloyd Uebberin də ekranlaşdırmadan narazılığını bildirməsi filmin ətrafında illərdir davam edən mübahisəni yenidən gündəmə gətirib.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər